CUDİ DAĞI

Nuh peyğəmbərin gəmisinin tufandan sonra quruda lövbər saldığı dağdır (Quran, 11: 44). Hazırda Türkiyə-İraq sərhədinin yaxınlığında yerləşən və hündürlüyü 2100 metr olan bu dağdır. Qeyd olunan dağın həmin dağ olduğu güman edilir.
CİZYƏ
CÜMƏ
OBASTAN VİKİ
Cudi dağı
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Cudi
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Jodie aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Cudi Kornvell
Cudi Kornvell (ing. Judy Cornwell) - Böyük Britaniya aktrisasıdır. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Cudi Qarlend
Cudi Qarlend (ing. Judy Garland; 10 iyun 1922[…], Qrand-Rapids[d], Minnesota – 22 iyun 1969[…], Çelsi, London, Birləşmiş Krallıq[…]) — ABŞ aktrisası və müğənnisi. Onun ən məşhur rolu Dorothy Gale filmində oynadığı roldur. Cudi Oskar mükafatına namizəd göstərilmişdir. Bundan başqa o, karyerası boyu bir çox başqa mükafatlara layiq görülmüşdür. O aktrisa və müğənni Liza Minnellinin anasıdır. 1997-ci ildə Cudi Qarlend ölümündən sonra Grammy Lifetime Achievement mükafatına layiq görülmüşdür. 1999-cu ildə Amerika Film İnstitutunun məlumatına əsasən Cudi Qarlend yüzilliyin ən yaxşı 100 qadın aktirisadan biri seçilmişdir.
Cəlilkəhriz dağı
Cəlilkəhriz dağı – Babək rayonu ərazisində dağ (hünd. 984,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Nəcəfəlidizə kəndindən 1,8 km cənub-qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuş alçaq və yastı təpəlikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında yerləşir.
Cənnətqaya dağı
Cənnətqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun qərb istiqamətli Qarovulxana şaxəsində, Yuxarı Yaycı kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1517,0 m). Üst Permə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Şimal-şərq yamacı boyu şimal-qərb istiqamətdə uzanan Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi vasitəsilə Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının üstünü örtür.
Dabaqlı dağı
Dabaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 2046,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dibəklidağ qolunun yamacında Ərəfsəçay-Gəvikçay (Əlincəçayın sağ qolları) suayırıcısında zirvə. Orta Eosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.
Deavqay dağı
Deavqay dağ (zirvə) — Rusiya Federasiyasının Dağıstan Respublikasının ərazisində yerləşən dağ. Böyük Qafqaz sıra dağlarının Qabaqtəpə silsiləsində yerləşən Deavqay dağının hündürlüyü 4016 metrdir. Dağın zirvəsi daim buzla örtülüdür.
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Donuzqıran dağı
Donuzqıran dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3392,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin andezitli porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.
Dzerjinski dağı
Dzerjinski dağı (1958-ci ilə qədər Svyataya dağı) (belar. Гара Дзяржынская) — Belarus Respublikasının ən hündür nöqtəsi. Belə hesab edilir ki, dağın dəniz səviyyəsindən hündürlüyü 345 metrdir (1933-cü ilə qədər tərtib olunan topoqrafik xəritələrdə 346,5 m, 1934-cü ildə tərtib olunmuş sovet xəritələrində 346,3 m, 1984-cü ildə tərtib olunmuş topoqrafik xəritələrdə isə 342,7 m). Dağ Minsk yüksəklikləri ərazisində (əsasəndə Belarus cərgəsində), Minsk şəhərindən 30 km qərbdə, Djerinskidən bir qədər aralıda, Skirmantovo aqrar şəhərciyindən şimalda yerləşir. Əvvəllər Svayataya dağı (Müqəddəs dağ) olaraq adlanırdı. 1958-ci ildə isə adı Dzerjinski dağı olaraq adlandırılmışdır. 1990-cı illərdə dağın zirvəsində belarus dilində qranit plitə üzərində dağ haqqında məlumat əks olunmuşdur: "Dzerjinski dağı. Belarusun ən hündür nöqtəsi. Hündürlüyü dəniz səviyyəsindən 345 metrdir". Hazırda ərazi abadlaşdırılmışdır və bir abidədir.
Dərəşam dağı
Dərəşam dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Araz çayınin Nehrəm dərəsindədir. İki zirvədən ibarətdir. Dağın yamacları sıldırımdır, zirvələri isə konudvaridir. Cənub və cənub-qərb yamacları sıldırımlı iki konusvari zirvədən (hünd. 946,0 m və 948,0 m) ibarətdir. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşı və dolomitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.
Dəstəbaşı dağı
Dəstəbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 830,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunun qurtaracağında zirvə. Vənəndçayın sol sahilində, Dəstə kəndindən 1,9 km şimaldadır. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastıtəpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli fay qırılması müşahidə olunur.
Dəvəboynu dağı
Dəvəboynu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Ebal dağı
Ebal dağı Nablus şəhərinə baxan bir dağdır Fələstində, Nablusun şimalında yerləşir və buna görə də Şimal dağı adlanır.Nablus dağ silsiləsinin ən hündür zirvəsidir və Nazaretdən Qüdsün kənarına qədər uzanır. Onun düz zirvəsi dəniz səviyyəsindən 950 metr hündürlükdədir və İordaniya vadisi və Aralıq dənizinin qərb sahilindən əlavə Livan, Duz və Karmel dağları göründüyü üçün bütün bölgəyə baxır. Burada mücahidlər Mucirəddin və İmadəddinin məqbərəsi, onlarla mağara və arxeoloji məqbərələr olduğu üçün çoxlu qədim əşyalarla zəngindir. Fransanın Levantı işğal etmək kampaniyası zamanı bu dağın meşələrində Napoleon əsgərlərinin yandırılması ilə bağlı deyilənlərə görə bu dağ Od Dağı kimi də tanınır.
Elti dağı
Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur.
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.
Fuci dağı
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Fuji dağı
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Fərrux dağı
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Goranqalası dağı
Goranqalası dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin qurtaracağında, Arpaçayın sol sahilində, Dizə kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1131,4 m). Zirvəsi və cənub-qərb yamacı Alt Permin Kuberqandı və Murqab regiomərtəbələrinə aid Qızılqaya və Şahbulaq lay dəstələrinin əhəngdaşılarından, şimal-şərq yamacı isə Alt Karbonun Turne mərtəbəsinə aid Goranqalası lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində və yamaclarında çökmə süxurları yaran layvari dolerit və qabbro-dolerit kiçik intruziyaları açılır.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Göycələr dağı
Göycələr dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1193,3 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənuba istiqamətlənmiş Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 3,5 km-dək cənub-qərbdədir. Zirvə hissəsi Alt Miosen yaşlı subqələvi bazalt tərkibli, ellipsvari kiçikölçülü sillə təmsil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.
Göydərə dağı
Göydərə dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1587,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, eyniadlı kənddən 800 m qərbdə yerləşir. Oturacağının diametri 2 km, nisbi hündürlüyü 350 m-dir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi konusvari yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentilə Naxçıvan çökəkliyinin təmas zolağında, Saltaq-Kotandağ antiklinalının maqmatık kütlə ilə yarılmış periklinal hissəsində yerləşir.